
Mebellərdə yaranan isti çay və qəhvənin bardaq izləri pis görünüşə səbəb olur. Taxta mebellərdə yaranan isti bardaq ləkələrini əritmək üçün təbii yöndəmləri sınaya bilərsiniz.Hər evdə olan təbii materiallarla üzərindəki ləkələri keçirərək əşyalarınızı yeni alınmış kimi edə bilərsiniz.
Gununsesi.info xarici mətbuata istinadən həmin metodları sizə təqdim edir.
Onlardan biri isti olmayan şəkərsiz çayla silməkdir. Ləkə çox dərində deyilsə, bəsir bir neçə hərəkətdən sonra taxtanın üzərindəki ləkənin getdiyini görəcəksiniz.
Bardaq izi olan yerə bir miqdar gel olmayan diş məcunu sıxın. Ardından nəmli bir bez ilə silin. Daha güclü bir qarışım üçün diş məcunu ilə köpürtmə tozundan yaranan krem məcunu sınaya bilərsiniz.
SU, SİRKƏ VƏ YAĞ İLƏ SİLMƏ
Taxta üzdəki ləkələri çıxartmaq üçün başqa yol isə su, sirkə və bir neçə damla yağ qarışımıdır. Bu qarışımı taxtanın üzərindəki ləkəyə sürtün və yumşaqca ovun.
DUZLA SİLMƏ
Son olaraq, evdə edə biləcəyiniz yöndəmlərdən birisi də duzdur. Əgər ləkə təmizlənməsi çətindirsə, pambıq üzərinə duz və maye tökərək silin. Ləkə itənə qədər əlinizlə ovmanız gərəklidir.
Tərcümə: Arzu