
Bir əsr öncə batmış “Titanik” gəmisinin qalıntıları ilk dəfə tam ölçüləri ilə görüntülənib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 3 min 800 metr dərinlikdə olan gəminin dağıntılarının ilk tam ölçülü digital axtarışlarla dərin dəniz xəritələmə sistemi işlədilərək yaradılıb.
Ortaya ənzərsiz bir 3 D görüntüsü çıxıb. Okean suyundan təmizlənən görüntülərdə “Titanik”in su altındakı halı aydın şəkildə görünür.
Xatırladaq ki, 1912-ci ildə Sautempton şəhərindən Nyu-Yorka yola düşən gəmi aysberqlə toqquşaraq ikiyə bölünüb və okeanın dərinliklərində qeyb olub. Həmin olay zamanı 1500 nəfər həyatını itirmişdi.
Tərcümə: Arzu Sayadoğlu