
Türkiyənin qış turizminin paytaxtı olan Ərzudumda 3 il öncə qurulan Ata Buz Muzeyi dörd fəsil yerli və əcnəbi qonaqların axın etdiyi yerlərdən biridir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, -5 dərəcədə qonoa qəbul edən muzey Türkiyədə tək bu tipli yerdir.
Heykəllər, buzlu əl işləri və sənət əsərlərinin olduğu Buz Muzeyi universitet, doktorantura tələbələri və məktəblilərin səfər etdiyi yerlər sırasındadır.
Son 3 ildə 100 mindən çox ziyarətçinin gəldiyi bu muzeydə buzdan düzəldilmiş fərdi və yığma əsərlər sərgilənir.


Tərcümə: Arzu Sayadoğlu