MARAQLI: Ürəyi tam fərqli yerdədir – Milyonda bir görülən xəstəlik / FOTOLAR

  • By arzu
  • 27 İyun 2023 16:41

14 yaşlı uşağın ürəyi görənləri təəccübləndirir. Milyonda bir görülən xəstəliyə yaxalanan Virsaviya Borun-Goncharova insanların diqqətini öz üzərinə çəkir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Virsaviyanın ürəyi döş qəfəsinin çölündədir. Qüsurlu şəkild doğulan qızcığaz ürəyini qarnının üzərində daşıyır.

Virsaviyanın döş qəfəsi və qarın əzələləri yox imiş. Qız doğularkən həkimlərin onun həyatda qala bilməyəcəyi ehtimalını bildirmişdilər.

Ancaq anasının körpəsindən vaz keçməməsi bu gözəl hekayənin yaranmasına və oxunmasına səbəb olub.

 

Tərcümə: Arzu

Gununsesi.info