Yaponiya Baş naziri Kişida Fumio vətəndaşları inandırmaq üçün balıq yeyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fumio Fukuşima olayların zərərsiz olduğunu göstərmək üçün bu addımı atıb.
Fukuşima Di-içi Nüvə Stansiyasındakı radoaktiv tullantı suyunun təxliyyəsinə başlanması ilə ictimai rəydə artan narahatlıqları həll etmək üçün nahar yeməyində dəniz məhsulundan istifadə edib.
Baş nazirlər yanaşı, digər nazirlər də stansiyanın yaxınlığından gələn dəniz məhsulları ilə qidalanıblar.
Nahar yeməyinin təxliyyə edilən suyun insna sağlamlığı üzərindəki ehtimal təsirləri və ölkədəki dəniz məhsullarının etibarının zədələnməsi ilə bağlı narahatlıqları kökündən yox etmək üçün bu addımı atıb.
İqtisadiyyat, Ticarət və Sənaye Naziri Nişimura Yasutoşu Kişidanın Fukuşimada dil balığı, düyü, saşimi və perç (levrək) ilə qidalandığını açıqlayıb.
Nişimura Yasutoşu jurnalistlərə etdiyi açıqlamasında stansiya yaxınlığındakı dənizdən gələn dəniz məhsullarının etibarlılığı mövzusunda “həm ölkə içindəki, həm də ölkə çölündəki insanların bilgiləndirilməsinin” lazım olduğunu vurğulayıb.
Xatırladaq ki, 2011-ci ildə Yaponiyada yaşanan zəlzələnin yol açdığı sunami fəlakəti ilə Dai-içi Nüvə Stansiyasındakı 4 nüvə reaktorundan 3-ü zədələnmiş, radioaktiv sızma səbəbi ilə stansiyanın çevrəsi “təxliyyə bölgəsi” elan adilmişdi.
Tərcümə: Arzu