MARAQLI: Yaponiyada zəlzələyə dözümlü köpük evlər – 300 il dayanıqlıdır

  • By admin
  • 17 Fevral 2023 15:29

Türkiyədə yaşanan 7.8 və 7.4 ballıq dəhşətli zəlzələdə çoxsaylı insan tələfatı və binaların dağıntıya uğraması dünyada yaşayış binaların zəlzələyə davamlılığı ilə bağlı yeni çəkişmələr başladıb. Bir çox dünya ölkələri zəlzələyə davamlı mexanizmləri və evlərin texnologiyasını araşdırır. Onlardan biri də yapon təcrübəsi ilə tikilən köpük evlərdir.

 

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın cənnubunda bir vulkanı yanında yer alan 450 köpük ev saölamlığı ilə dünyanın marağını çəkir. Evlərin yerləşdiyi tətil kəndinin idarəçisi Masaya Konişi yumşaq malzəmələrə baxmayaraq, köpük evlərin Kumamoto əyalətində 2016-cı ildə yaşanan 7 bal gücündəki ölümcül zəlzələyə dözümlü olduğunu açıqlayır.

 

 

Sağlamlıq üçün tibb təsisinin yanında tikilən bu köpük evlər Asiyanın dörd tərəfindən yolçuların diqqətini çəkir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info