MARAQLI: Yaponlar və təmizlik: “Ölkənin DNT-sinə işləmiş kollektivçi anlayış” (FOTOLAR)

  • By admin
  • 30 Noyabr 2022 14:57

Yapon futbolçular və tərəfdarlar Almaniya ilə oynadıqları Dünya Kuboku oyununu 2:1 qazandıqlarının yaratdığı sürpriz qədər hər qarşılaşma sonrasında stadion təmizlikləri və soyunma otağını səliqələşdirmələri ilə sosial mediada trend olmuşdular.

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, rəngli paltarları və əllərindəki çalğı alətləri ilə tribunalarda şən görüntülər yaradan yaponların hər kəsə örnək olan təmizlik hərəkkatının ardında ekolojist bir mesajdan daha çox ölkənin DNT-sinə işləmiş olan kollektivçi anlayış var.

Topluma sayğı özünə sayğıya bərabərdir

Bu anlayışa görə fərdlər özlərindən çox toplumun yaxşılığını önə çıxarırlar. Bir nədərin digərləri ilə ortaq yaşadığı və ya paylaşdığı yerə olan hörməti özünə olan sayğısı ilə bərabər tutulur.
Yaponlar üçün “Bir yeri tapdığın kimi, hətta tapdığından daha təmiz et” anlayışı bir vəzifə olmağın ötəsində, həm özünə , həm də ev sahibinə bir hörmətin ifadəsidir. Bu cür yazılmamış qaydalara uymağın yapon deyimi ilə “attarimae”, yəni, “təbii” olduğu bilinir.

Yaponlar üçün bir oyunun qazanılmış və ya itirilmiş olması önəmlidir, əlbəttə. Ancaq ondan daha önəmli olanı, nə özünü, nə də yapon xalqını utandırmamaq məsuliyyətidir.

“Hər ölkəyə xas tərəfdar”

Qətərdə davam edən Dünya Kuboku üçün dünyanın hər bucağından gələn tərəfdarlar ev sahibi və digər ölkələrdə özlərinə xas özəllikləri ilə yaxından təqib edilir.

İçkiyə maraqlı ingilislərin içki satışının qadağan edildiyi Qətərdə hüzursuzluq yaratmaqları, əlcəzairlilərin Belçikanı yendikdən sonra Brüsseldə nəqliyyat vasitələrini yandırmaları kmi görüntülərlə yapon tərəfdar və idmançıların davranışları tam bir təzad içindədir.

Beləcə, Almaniya oyunundan sonra böyük ümidlə çıxdıqları Kosta-Rika qarşılaşmasını son dəqiqələrdə 1:0 uduzmalarına rəğmən, yenə stadionu təmizləmələri, uduzsalar belə, zərafətlərini itirmədikləri şəklində yozuldu.

Dünyanın digər ölkələrini tərəfdarlarının əksinə, çalışqan yapon tərəfdarları futbolu stress boşalmla yeri olaraq deyil, stadionda qadın-kişi uyum içində milli komandaları üçün təzahürat edib gözəl vaxt keçiriləcək bir xobbi olaraq görürlər.

Keçən il 202 Tokio Olimpiadalarına ev sahibliyi edən paytaxt Tokioda digər paytaxtların əksinə, ictimai yerlərdə zibil  qutusu yoxdu, ancaq yenə də zibil problemi yaşamır.

Bunun səbəbi idman yarışmaları və ya konsertlər kimi, böyük çaplı tədbirlərdə belə, hər kəsin zibilini alıb evə götürməsi davranışıdır. Yaponiyada ekologiyanı çirkləndirmənin cəzası 1000 yendən (16 manat) başlayır.

Ancaq yaponlar küçələrdə və ictimai nəqliyyatda təmizliyi cəzalarla deyil, maarifləndirmə ilə təmin edirlər.
Kiçiklikdən etibarən yapon uşaqlar müəllimləri və məktəb idarəçiləri ilə birlikdə öz məktəblərinin təmizliyindən məsul olurlar. Burada məqsəd uşaqlara həyat bacarıqları, ekologiya şüuru və başqalarına hörmət kimi qavramları qazandırma istəyidir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info