
İngiltərə maraqlı olay yaşanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir kafeyə içəri girən adam yerdə hərəkətsiz yatan çoxlu sayda adam gördükdən sonra polislərə telefon zəngi edir.
Onları “ölü” zənn edən adam polislərə “kütləvi qətliam” xəbərdarlığı edir. Ancaq çox keçmədən polislərin olay yerinə gəlməsi ilə nə baş verdiyi üzə çıxarılır.
İngiltərənin Linkolnşire şəhərində yaşanan olay zamanı bəlli olub ki, yerə uzananlar yoqa dərsləri edirmiş.
Kafe idarəçiləri və yoqa dərsi şagirdləri gözlənilmədən polislərin basqın etdiyini gördükdə, çaşqınlığa uğrayıblar.
Durumun anlaşılmasından sonra polis işçiləri çağrı xəbərdarlığının gerçək olmadığını öyrəniblər.
Telefon zəngi ilə bağlı araşdırma başladılmayacağı bildirilib. “Xoş niyyət” səbəbi ilə polisləri xəbərdar edən adam məsuliyyətdən uzaq tutulub.
Kafenin “Facebook” hesabından edilən paylaşımda çevik hərəkətə keçdikləri üçün polis işçilərinə təşəkkür edilib.
“Onlar gələrkən ağıllarından nələr keçirdiklərini bir an belə, xəyal edə bilmirik”, – deyə yazıda bildirilir.
Tərcümə: Arzu