Mard: Çox intensiv danışıqlar aparırıq

  • By admin
  • 21 Noyabr 2016 13:30

Malena Mard

“Hazırda Avropa İttifaqı və Azərbaycan hazırda yeni saziş üzrə danışıqlarla bağlı müvafiq nümayəndə heyətlərinin formalaşdırılması işini aparır”.

Gununsesi.info məlumat verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard qeyd edib ki, bir çox sahələri əhatə edən geniş və hərtərəfli saziş üzrə danışıqlara başlayacaqlarından məmnundurlar.

“Bu həftə nəqliyyat üzrə nümayəndə heyəti Azərbaycana gəlir. Başqa nümayəndə heyətlərinin də səfəri gözlənilir. Hazırda bir çox sahələr üzrə çox intensiv danışıqlar aparırıq” – deyə, o, bildirib.

Gununsesi.info