“Mariupolda on minlərlə insan həlak olub” –ZELENSKİ

  • By admin
  • 11 Aprel 2022 14:42

“Mariupolda on minlərlə insan həlak olub”.

Gununsesi.info UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Cənubi Koreya parlamenti qarşısında çıxışı zamanı byan edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya buranı “məhv edilmiş şəhər”ə çevirmək istəyirlər.

“Ən pis vəziyyət Mariupoldadır… Mariupol dağıdılıb. On minlərlə həlak olan var. Amma buna baxmayaraq, ruslar hücum əməliyyatını dayandırmır. Onlar Mariupolu nümayişkaranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər”, – Zelenski vurğulayıb.

Şəhər martın 1-dən rus ordusu  tərəfindən mühasirəyə alınıb. Britaniya kəşfiyyatının məlumatına görə, Mariupol uğrunda döyüşlər şiddətlənir.

Gununsesi.info