Mariupolda sakinlər küçələrdəki gölməçələrdən su daşıyırlar – VİDEO

Mariupolda insanlar texniki suyu küçələrdəki gölməçələrdən götürməli olurlar.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat verib.

“İçməli su problemi geniş vüsət alır… Xüsusən də işğalçıların su təchizatının bərpası barədə məlumat verdikləri yerlərdə”, – deyə müşavir bildirib.

Onun sözlərinə görə, insanlar küçələrdə boruların qırılması nəticəsində yaranan gölməçələrdən texniki suyu toplayır və gündəlik yaşayışda istifadə edirlər.

Xatırladaq ki, bir müddət öncə ÜST-ün Ukrayna üzrə nümayəndəsi Mariupolda su çatışmazlığı və mövcud suyun keyfiyyəti ilə bağlı problemlərdən söz açmış, boruların zədələnməsi səbəbindən içməli suyun kanalizasiya suları ilə qarışdığını deyərək, vəba epidemiyasının baş qaldıra biləcəyilə bağlı xəbərdarlıq etmişdi.

Gununsesi.info