Dünya şöhrətli tenisçi Mariya Şarapova həyat yoldaşı sloveniyalı basketbolçu Saşa Vuyaçiçlə yollarını ayırıb. Yollarının ayrılmasına səbəb Saşanın şöhrətpəstliyi və var-dövlət düşgünü olması olub.
Gununsesi.info lenta-ru-ya istinadən xəbər verir ki, bu barədə Mariya Şarapova öz bioqrafiyasında yazıb.
Şarapova qeyd edib ki, əri onun daha çox gəlir əldə etməsindən hər zaman narahat olub: “O hər zaman istəyirdi ki, diqqət mərkəzində olsun, hər şeyə özü nəzarət etsin. O heç zaman mənim daha çox qazanmağımı qəbul etmədiyindən bu məsləni gündəmə gətirməyi sevməzdi”.
Qeyd edək ki, sloveniyali Vuyaçiç Amerika Milli Basketbol Assosiasiyasının “Los-anceles Leykers” klubunda oynayıb.
Gununsesi.info