Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirdiyi görüşün yekunlarına münasibət bildirib.
Gununsesi.info “Ria Novosti” yə istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Qarabağın nizamlanması üçün yeni format fikirləşmir:
“Prezidentlərin son görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatçılıq əsassız şayiədir.
Həmsədr ölkələrin nümayəndələri ilə sıx əlaqə saxlanılır. Onlar prezidentlərinin Sankt-Peterburqdakı görüşü barədə məlumatlandırılmışdı. Bu proses görüşdən xeyli əvvəl həyata keçirilmişdi. Tərəflər də açıq şəkildə belə görüşlərin keçirilməsinin tərəfdarı olduqlarını qeyd etdilər”.
M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: “Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş həqiqətən də, yüksək səviyyədə keçib”.
Gununsesi.info