“Allah dünyanı 7 günə yaradıb. Obamanın bu dünyanı yox etmək üçün 1 günü qalıb”.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova soaial şəbəkədəki səhifəsində yazıb.
O, bildirib ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın dünyanı yox etmək üçün 8 günü var: “Hər gün Vaşinqtondan gələn xəbərləri oxuyuram; ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edir. Eləcə də Suriya millətçillərini arxadan vurmaq üçün qarşı tərəfə silah verir. Allah dünyanı 7 günə yaradıb. Obamanın bu dünyanı yox etmək üçün 1 günü var”- deyə, o, bildirib.
Anar
Gununsesi.info