ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanunu imzalayıb. Həmçinin B. Obama 35 rusiyalı diplomatın qovulması, habelə rusiyalıların Nyu-Yorkda və Merilenddəki iki strukturunun bağlanması barədə qərar qəbul edib. Diplomatlar ABŞ-da keçirilmiş prezident seçkiləri ərəfəsində ölkənin seçki sisteminə kiberhücumlar təşkil etməkdə ittiham olunurlar.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova mətbuata verdiyi açıqlamada bildirib ki, tezliklə ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar rəsmi cavab veriləcək.
Anar
Gununsesi.info