Mariya Zaxarovadan ermənilərə sərt təpki: “Rusiya vətəndaşları milliyyətinə görə bölünmür”

Mariya Zaxarovadan ermənilərə sərt təpki: “Rusiya vətəndaşları milliyyətinə görə bölünmür”

marya
“Rusiya vətəndaşları milliyyətinə görə bölünmür. Sizin ölkənizdə bunun necə olduğunu bilmirəm, amma bizdə belədir”.
Gununsesi. info APA-ya istinadən xəbər verir ki, bunu avqustun 18-də Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova  keçirdiyi mətbuat konfransında Bakıda həbs edilən Rusiya vətəndaşı Marat Ueldanovla bağlı erməni jurnalsitin sualını cavablanıdrarkən deyib. 
 Erməni jurnalistin sualına sərt reaksiya verən M. Zaxarova deyib ki, bu məsələ ətrafında spekulyasiya etməməyə çağırıb: “Rusiyanın dövlət orqanları öz vətəndaşına hansısa milli kontekstdə yanaşa bilməz. Bu mümkün deyil, spekulyasiya etməyin, özünüzü bilməməzliyə qoymayın. Bir daha təkrar edirəm ki, bizim üçün Rusiya vətəndaşları milliyyətinə görə bölünmür. Sizin ölkənizdə bunun necə olduğunu bilmirəm, amma bizdə belədir”. 
M. Zaxarova qeyd edib ki, iyulun 28-də Rusiya Azərbaycandakı səfirliyi Azərbaycanın müvafiq orqanları tərəfindən Rusiya vətəndaşı Marat Ueldanovun həbsi ilə bağlı məlumatlandırılıb. “Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Digər maddələrlə ittiham irəli sürülməyib. Məsələ Rusiya dövlət orqanlarının diqqətindədir. Rusiya səfirliyinin əməkdaşları vətəndaş Ueldanovla görüşüblər. Onun hansısa şikayəti olmayıb. Sizi əmin edə bilərəm ki, səfirliyimiz əlindən gələni edir ki, Rusiya vətəndaşının hüquqları qorunsun, onun vəkili ilə daim əlaqədədir. Biz bu məsələ ilə məşğul oluruq. Təkcə bu yox, xarici ölkələrdə həbs olunan bütün vətəndaşlarımız diqqətimizdədir”. 
Qeyd edək ki, iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, güya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.
Gununsesi.info

COMMENTS