Mark Zukerberq ciu-citsu döyüşündə uduzub – VİDEO

  • By admin
  • 04 İyun 2023 16:10

Mark Zukerberq Kaliforniyada ciu-citsu döyüşlərindən birində məğlub olub.

Məlumata görə, , hakim rəqibin boğma fənni zamanı iş adamının xırıldamağa başladığını və huşunu itirə biləcəyini düşündüyü üçün döyüşü vaxtından əvvəl dayandırıb.

Bununla belə, “Meta”nın yaradıcısı fərqli bir versiya irəli sürüb. Onun fikrincə, bu, mübarizənin qızğın vaxtında çıxardığı adi səs idi və o, huşunu itirmək fikrində deyildi.

Şirkət həmçinin bildirib ki, hakim “Mark və onun məşqçisindən döyüşü vaxtından əvvəl dayandırdığına görə üzr istəyib”.


Gununsesi.info