Millət vəkili Araz Əlizadə parlamentdə dövlət dilinin qaydalarının pozulmasından danışıb.
Gununsesi.info xəbər verir ki, millət vəkili qaydaları pozanlara sərt sanksiyalar tətbiq edilməsini bildirib:
“Market nə vaxt bizim söz oldu? Dükan, mağaza yazılmalıdır. Amma hər yerə market yazırlar. Bakıda hər yerdə tikinti gedir Yazırlar ki, narahatçılığa görə üzr istəyirik. Narahatçı deyəndə artıq bu peşə olur. Bunlar nə zamandan bizim dilə aid oldu?”.
Gununsesi.info