Marketdəki atışmada ölən şəxs bu qurumda çalışırmış -YENİLƏNDİ

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həşimov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.

O, ailənin yeganə oğlan övladı imiş.

Qeyd edək ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

17:59

Bu gün “Bravo”ya hücum nəticəsində dünyasını dəyişən Rüfət Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, yaralanan Samir Şeydayev adlı şəxs isə Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyin yaydığı rəsmi məlumatda qeyd olunub.

Gununsesi.info