
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Münhenin “Bavariya” klubunun transfer marağına düşüb.
Gununsesi.info “Sky Sport İtalia”ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə şəxsən baş məşqçi Karlo Ançelotti yaxından maraqlanır.
Mənbənin məlumatına görə, söhbət Verrattinin hazırki qış transfer pəncərəsində deyil, mövsümün sonunda keçidindən gedir. Sövdələşmə müsbət nəticə verəcəyi halda, Verratti mövsümün sonunda Münhenə köçməli olacaq.
Paris klubunun heyətində 14 matçda iki qol vuran italiyalı yarımmüdafiəçi bir məhsuldar ötürməsi ilə də yadda qalıb.
Gununsesi.info