Marmarisdəki yanğınlar söndürüldü

“Marmarisdəki meşə yanğınları tamamilə nəzarət altına alınıb və söndürülüb”.

Gununsesi.info “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə soyutma işləri davam edir.

Nazir həmçinin əlavə edib ki, ölkənin builki 25 milyon turist və 20 milyard dollar gəlir hədəfi qüvvədə qalır.