Marneulidə “Bir vətənin övladıyıq” adlı rəsm sərgisi keçirilib

  • By admin
  • 15 İyul 2022 23:42

 

“Qrinviç” Təhsil Mərkəzinin rəhbərliyi və Marneuli Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə balaca rəssamların “Bir vətənin övladıyıq” adlı rəsm sərgisi gerçəkləştirilib.

HTML tutorial

“Bir vətənin övladıyıq” adlı sərgidə yeniyetmələrin gözündə tolerantlığı və Gürcüstana olan sevgiləri rəsmlər ilə əks olunub.

Sərgidə 4 yaşdan 13 yaşa qədər uşaqların 100-ə yaxın əsərləri nümayiş edilib.

Tədbirdə çıxış edən Mərkəz rəhbəri Anna Allahverdiyeva sərginin başlıca məqsədindən danışıb.
O, “Bir vətənin övladıyıq” adlı sərgidəki azyaşlıların əsərlərinin onların vətənə olan sevgilərinin bariz nümunəsi olduğunu ifadə edib.

Rəssam Günel Zeynalova isə əməkdaşı olduğu “Qrivinç” mərkəzinin istedadlı yeniyetmələrin ictimaiyyətdə tanıdılması üzərində böyük səylərlə çalışdığını diqqətə çatdırıb. G.Zeynalova deyib ki, bu gün burada 100-ə qədər nümayiş olunan əsərlər yeniyetmələrin uğurudur.

Tədbirin sonunda sözügedən Mərkəzin rəqs ansamblı Gürcü rəqsi nümayiş etdirib, fərqlənən yeniyetmələrə sertfikat və hədiyyələr təqdim edilib. Tədbir anşlaqla yekunlaşıb.


Gununsesi.info