Marneulidə “Axundlar Birliyi” yaradıldı

  • By admin
  • 09 Yanvar 2021 19:16

Marneulidə din xadimlərindən ibarət “Axundlar Birliyi” yaradılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə birliyin üzvləri Gürcüstan mediasına bildiriblər. Onların verdiyi məlumata görə, yeni yaradılan birliyin bir neçə istiqamətdə iş planı olacaq.

Qeyd olunub ki, birliyin yaradılmasında əsas məqsəd məscidlər arasında kommunikasiyanın yaradılması, məscidlərin sosial problemlərinin həlli üçün məscidlər arasında yardımlaşmanı təmin etmək, bir məscidə müraciət edən imkansız ailələrə məscidlər arasında yardımlaşmanı təmin etmək və eyni zamanda məscid və din xadimlərinin mövcud olan problemlərinin həlli məsələlərində birgə müzakirələrin və addımların atılmasıdır.

Gununsesi.info