Marsda həyat olması versiyası zəiflədi – Bu səbəbə görə

  • By admin
  • 09 İyul 2017 21:56

96848371gettyimages81949646jpg
Şotlandiyanın Edinburq Universitetinin araşdırmaçıları Marsın torpaq təbəqəsinin üzərində zəhərli maye olduğunu kəşf ediblər.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hava qatında isə Ozon təbəqəsinin olmadığı məlum olub.

Mütəxəssislər yer səthinin ultrabənövşəyi şüaların təsiri altında olduğunu, zəhərli mayenin isə ətrafa ölümcül bakteriyalar yaydığını bildiriblər.

Mars səthindən götürülən nümunələr laboratoriyada test edilib. Həmin zəhərli maddələr sınaq böcəklərini 11 dəfə daha tez öldürüb.

Bu səbəblərə görə, daha əvvəllər iddia edilən Marsda həyat olması versiyası zəifləyib.

Gununsesi.info