Marsda nəhəng buz təbəqəsi tapıldı  – FOTOLAR

  • By admin
  • 28 Noyabr 2016 11:02

mars

ABŞ-ın Ostin şəhərində yerləşən Texas universitetinin bir qrup elm adamının apardığı araşdırmalar zamanıQırmızı planetdə Xəzər dənizi böyüklüyündə buz təbəqəsi kəşf ediblər.
Gununsesi.info “Star” qəzetinə istinadən xəbər verir ki, Amerika Geofizika Birliyinin hazırladı hesabata görə, buz kütləsi planetin Utopiya Planitia bölgəsində yerləşir, sahəsi isə 375 min kvadrat kilometrdir.
Kaliforniya Texnologiya İnstitutunun (KTİ) Jet Propulsion (Reaktiv Hərəkət) Laboratoriyasının internet səhfəsində yerləşdirilən məlumata görə, Qırmızı planetdə tapılan buz təbəqəsinin diametri 2 min 50 mil (3 min 300 kilometr) uzunluğundadır.
Qeyd edək ki, NASA-nın MRO (Mars Reconnaissance Orbiter) orbital stansiyası 12 avqust 2005-ci ildə Marsa göndərilib və 2006-cı ildə Qırmızı planetə çatıb. 2008-ci ildə onun əsas missiyası başa çatıb, lakin NASA zondun fəaliyyətini uzadıb. Planetin səthindəki çəkilişlərlə birlikdə MRO Marsda fəaliyyət göstərən kosmik aparatlardan Yerə siqnal göndərilməsində iştirak edir. Layihə NASA üçün 720 milyon dollara başa gəlib.

mars1 mars2
Anar
Gununsesi.info