“Marsel” Patris Evra ilə müqaviləni ləğv edib

  • By admin
  • 10 Noyabr 2017 23:18


Fransanın “Marsel” klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib.
“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna Evranın Avropa Liqası çərçivəsində “Vitoriya Gimaraynş”la oyun öncəsi azarkeşin başına ayaqla zərbə vurması səbəb olub.
Bundan əvvəl isə UEFA Patris Evranı 2017/2018-ci illər mövsümündə avrokubok oyunlarında iştirakdan kənarlaşdırıb.

 

Gununsesi.info