Marseldə atışma: 2 ölü, 1 yaralı

  • By admin
  • 25 İyun 2016 11:44

Marcel city shooting gun

 

HTML tutorial

Bu gün axşam Fransanın Marsel şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “La Provence” qəzeti yazıb.

Məlumata görə, iki 30 yaşlı kişi şəhərin şimalında “Kalaşnikov” avtomatı ilə güllələnib. Hücumun daha bir qurbanı isə ciddi şəkildə yaralanan 14 yaşlı qız olub. Yaralı xəstəxanaya çatdırılıb, həkimlər onun həyatı üçün əndişələnirlər. Məlumatı yerli polis prefekti təsdiq edib. Hadisənin başvermə şəraiti anlaşılmaz olaraq qalır.

Qeyd olunur ki, ilin əvvəlindən Marseldə odlu silahdan ölənlərin sayı 16 nəfərə çatıb. (“Report”)