Marselo “Real”dan MLS-ə gedir

  • By admin
  • 18 Oktyabr 2020 13:17

İspaniyanın “Real” klubunun futbolçusu Marselo karyerasını Şimali Amerikada davam etdirə bilər.
 
Gununsesi.info-nun məlumatına görə, braziliyalı müdafiəçi MLS-də oynamaq niyyətindədir.

32 yaşlı futbolçu müqaviləsinin başa çatmasını gözləmək fikrində deyil. O, artıq bu qış komandasını dəyişməyi planlaşdırır.

HTML tutorial

Qeyd edək ki, cari mövsüm La Liqada 2 oyun keçirən Marselonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

 

 

Gununsesi.info