Mart soyqırımı Lənkəranda da törədilib - FOTOLAR

  • By admin
  • 30 Mart 2018 13:30

Tarixdə elə hadisələr var ki, onları xatırlamamaq, üstündən sukutla keçmək tarixə də, həmin hadisəni yaşamış xalqa da baha başa gəlir. 1918-ci ilin mart soqırımı  belə hadisələrdəndir.Ona görə yox ki,  xalqımızın tarixinə qanla həkk olunub, bu  tarixdən minlərlə günahsız insanın ah-naləsi, harayı ucalır, bu rəqəmlərdən qan damır.Bunlar da var… Amma, ən əsası, yaddaşımızı dünən baş verənlərə kökləməklə , olanları xatırlayıb ibrət götürmək, sabahkı nəsillərə tarixi kodlarımızı ötürməkdir.Olanlar niyə belə oldu, kimin günahından, səriştəsizliyindən baş verdi, dost-düşməni tanımadığımızdanmı, biganəliyimizdənmi, “təki mən tox olum, cümlə cahan batsa da ,  batsın deməyimizdənmi?”.Tarixin təkərini geri çevirmək mümkün olmasa da, onun dərslərindən ibrət götürüb,  sabahımızda belə olaylardan qurtula bilmək şansı var axı… 

Bu gün  yaddaşımızın  daha bir ağrılı səhifəsini vərəqləməklə , ötənləri xatırlamaqla, həm günahsız qurbanları yad edirik. Həm də keçmiş səhflərimizə güzgü tuturuq, dost-düşmənimizi ayırırıq.

1918-ci ilin mart soyqırımından bizi  I  əsrlik zaman fasiləsi ayırır.İlk öncə, mart qırğınında faciəli şəkildə qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsini ehtiramla anaraq ruhlarına rəhmət diləyirəm. Qeyd etmək istəyirəm  ki, qanlı  qırğın təkcə paytaxt Bakıda, şimal bölgəsində yox, cənubda- Lənkəranda da törədilib-eyni qəddarlıq və amansızlıqla.Tarixi faktlara görə,  1918-ci ilin martın 28-31 arasında Lənkəran qəzasında erməni daşnakları tərəfindən 40-dan çox kənd yandırılıb,iki mindən çox dinc sakin qətlə yetirilib.Sutəmurdov kəndində baş verənləri  isə faciənin kulminasiya nöqtəsi saymaq olar. Müəmmalı səbəbdən Şıvkınovun dəstəsindən olan rus əsgərinin  qətlə yetirilməsinə cavab olaraq bütün kənd sakinlərinin ölümünə  qərar verənləri fikirlərindən daşındırmaq,  gözlənilən  qırğını dayandırmaq məqsədilə  kəndin 14 ağsaqqalı  danışığa yollanır. Sülh missiyalı dəstə üzvlərindən biri naməlum səbəblərdən  qaçıb canını qurtara bilsə də, qalan 13 nəfər  vəhşicəsinə doğranılaraq qətlə yetirilib.

Danışığa gedənlərin cəsədləri doğaranılaraq  iki  yeşiyə yığılaraq dəniz kənarında Dəhnə deyilən ərazidə basdırılır.Həmin yeşikləri kəl arabasında daşımış arabaçı Musa kişi sirri açacağı təqdirdə ölümlə hədələnir.  Musa kişi   dəhşətli  qətlyamın sirrini ancaq  ermənilər və Şıvkınovun dəstəsi Lənkərandan   gedəndən sonra açıb deyir.Qanlı yeşik sakinlər tərəfindən kənd məsçidinin həyətinə gətirilir ,cəsədləri yumaq mümkünsüz olduğundan təyəmmüm edilərək  məsçidin həyətində dəfn edilir.

Sutəmurdov kənd məsçidinin axundu Hacı Fəxri Sadıqov deyir ki,” Qətlə yetirilənlərdən biri- şeyx Ənnağı Şeyx Əbdülhüseyn oğlu mənim babamdır və burda onların içində şəhadətə yetənlərdəndir,hər kəsi bir əlamətindən tanıyıblar,babamı da saqqalının hənasından .Kimini  barmağındakı üzükdən , kimini libasından tanıyıblar.”

Qocaman tədqiqatçı alim  Hacı Mirhaşım Talışlı Lənkəranda baş verən soyqırım faktını araşdırarkən hadisə şahidlərindən, valideynlərindən  qanlı olaylar barədə  dəhşətli məlumatlar aldığını deyir.”Çayda sellə bərabər qan gedib, papaqlar gedib.O papaqlar subut edirdi ki, insanları dağdan qıra- qıra gəliblər.Qırğından vaxtında xəbərdar olanların  hamısı ev -eşiyini qoyub qaçmışdı Osakucə meşələrinə.”

Rayonun Gərmətük qəsəbə sakini, qocaman  ağsaqqal ziyalı  Sərhad Məmmədovun dedikləri daha dəhşətlidir.Ermənilərdən qaçaraq məsçidə pənah aparan qız –gəlinləri orda doğramış, uşaqları süngüdən keçirmiş, onlarla evə od vurmuş, cavan gəlinin belinə qaynar samovarı şələləyərək rəhmsizcəsinə qətlə yetirmişlər.Bu gün sadaladığımız bu faktlar tarixin üz qarası, millətimin ağrısıdır. Milli faciələri yas tutmaqla xatırlamağımız yetər.Məntiqi nəticələr  çıxarmanın zamanıdır-intiqam  saatını yaxınlaşdırmaq üçün!

Esmira İsmayılova-Lənkəran.

Gununsesi.info