Martda Azərbaycanda karantin yumşaldılacaq

  • By admin
  • 26 Fevral 2022 10:57

Koronavirusun “Omicron” ştamı artıq yavaş-yavaş Azərbaycanda azalmağa doğru gedir. Bu isə qarşıdakı ayda yumşalma ilə bağlı addımlar atılmasına zəmin yaradır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, hazırda vaksinasiya səviyyəsi olduqca yüksəkdir:

“Eyni zamanda, havalar istiləşməyə doğru gedir. Biz hesab edirik ki, mart ayının ortalarında, bəlkə də sonlarına doğru karantin qaydalarını yumşaltmaq mümkün ola bilər. Bir şərtlə ki, virusun yeni mutasiyası meydana çıxmasın. Yeni mutasiya vəziyyəti çətinləşdirə bilər”.

Onun sözlərinə görə, hazırda dünyada yeni mutasiya ilə bağlı proqnozlar yoxdur:

“Yəni “Omicron”dan başqa bir mutasiyanın gələcəyi ilə bağlı siqnallar yoxdur. Ancaq yeni mutasiyalar olacaqmı, olmayacaqmı, yeni mutasiyalar özünü göstərəcəkmi bunu konkret demək mümkün deyil. Ancaq arzu edərdik ki, “Omicron”la da bu virusdan xilas olaq. Bu karantin rejimindəndən çıxaq və iki il əvvəlki rahat həyatımıza qayıdaq”.

Gununsesi.info