Martda pandemiya ilə bağlı vəziyyət kökündən dəyişəcək və…

  • By admin
  • 13 Noyabr 2020 10:36

Dünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə bağlı vəziyyətin mart ayında çevriləcəyinə ümid etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ÜST Baş Direktoru Bryus Eylvard Cenevrədə keçirilən 73-cü Dünya Səhiyyə Assambleyası zamanı söyləyib: “Hazırda dünyada həyata keçirilən müstəsna tədbirlər pandemiya ilə bağlı mövcud vəziyyəti mart ayında əsaslı şəkildə dəyişdirəcək. O vaxta qədər COVID-19 ilə mübarizə üçün bütün lazımlı terapiya, mexaniki ventilyasiya və fərdi qoruyucu vasitələr, deksametazon daxil olmaqla, kifayət qədər dərman preparatları istehsal olunacaq. Ancaq ən əsası ÜST peyvəndin ortaya çıxmasını gözləyir” .

Bundan əlavə, təşkilat 2021-ci ilin mart ayında koronavirus diaqnozunu müstəqil şəkildə təyinetmə testlərinin ortaya çıxmasını gözləyir.

Gununsesi.info