Martda yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlandı - FOTO

  • Müəllif: admin
  • 07 Aprel 2021 10:53

Mart ayında yaşa görə əmək pensiyası təyin olunanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, martda 2 659 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Onların 50,7 faizini qadınlar, 49,3 faizini isə kişilər təşkil edir.