Martın 24-dək yağıntılı hava şəraiti davam edəcək

  • By admin
  • 21 Mart 2022 19:57

Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində-Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.

Gununsesi.info  xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.

Gununsesi.info