Masaj salonlarına silahlı basqın – 7 nəfər güllələnərək öldürüldü

ABŞ-ın Corciya ştatının mərkəzi şəhəri olan Atlantada eyni vaxtda bir neçə silahlı hücum baş verib.

Gununsesi.info xəbər verir ki, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.

HTML tutorial

Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.

Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.

Gununsesi.info