Maşallah Əhmədov məhkəməyə gəlmədi - SƏBƏB

  • By admin
  • 13 Yanvar 2017 15:40

masalla

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə keçirilməsi olan növbəti məhkəmə prosesi yenə təxirə salınıb.

Gununsesi.info məlumatına görə, məhkəmə prosesinin təxirə düşməsinin səbəbi M.Əhmədovun gəlməməsi olub.

İş üzrə növbəti məhkəmə prosesi yanvarın 17-ə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

Gununsesi.info