“Masallı məhbusu”nun anası Prezidentə müraciət etdi- OĞLUMU ƏFV EDİN!

“Masallı məhbusu”nun anası Prezidentə müraciət etdi

Bir neçə ildir ki, azadlıqdan məhrum edilən Masallı dindarlarından olan Xalid Kazımovun anası Mehriban Kazımova oğlunun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Gununsesi.info-ya Xalid Kazımovun ailəsindən bildirirlib. Məhkum anasının ölkə rəhbərinə ünvanladığı müraciətində oğlunun 2012-ci ildən həbs həyatı yaşadığı, himayəsində azyaşlı övladlarının və yaşlı anasının olduğu xatırlanır.

Qeyd edək ki, Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutularaq, 8 il azadlıqdan məhrum edilib. Xalid Kazımov və yaxınları bu ittihamları qəbul etməyib. İnsan hüquqları ilə bağlı hesabatlarda “Masallı İşi” adlandırılan bu həbsin başqa motivli olduğu qeyd olunub.

Gununsesi.info

COMMENTS