Bir neçə ildir ki, azadlıqdan məhrum edilən Masallı dindarlarından olan Xalid Kazımovun anası Mehriban Kazımova oğlunun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət edib.
Bu barədə Gununsesi.info-ya Xalid Kazımovun ailəsindən bildirirlib. Məhkum anasının ölkə rəhbərinə ünvanladığı müraciətində oğlunun 2012-ci ildən həbs həyatı yaşadığı, himayəsində azyaşlı övladlarının və yaşlı anasının olduğu xatırlanır.
Qeyd edək ki, Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutularaq, 8 il azadlıqdan məhrum edilib. Xalid Kazımov və yaxınları bu ittihamları qəbul etməyib. İnsan hüquqları ilə bağlı hesabatlarda “Masallı İşi” adlandırılan bu həbsin başqa motivli olduğu qeyd olunub.
Gununsesi.info