Masallı xəstəxanasının baş həkimi işdən çıxarıldı

  • By admin
  • 25 Noyabr 2021 22:00

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov işdən azad olunub.

Gununsesi.info-nun Report-a istinasən verdiyi xəbərə, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi əvəz edən R.Əzizov vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edilir ki, R.Əzizovun tutduğu vəzifədən azad edilməsinə səbəb son günlər sosial şəbəkələrdə marketlərin birindən oğurluqda şübhəli bilinməsi ilə bağlı yayılan videogörüntülər ola bilər.

Xatırladaq ki, o, 2003-cü ildən xəstəxananın polikilinika şöbəsinin müdiri olub. Bu ilin fevralında korrupsiya cinayətinə görə həbs edilən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu müvəqqəti əvəz edib.

Gununsesi.info