
Masallıda ördəklərni sudan çıxarmaq istəyən 59 yaşlı kişi göldə boğulub. Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə rayonun Kosakol kəndi ərazisində qeydə alınıb. 59 yaşlı kişi ona məxsus ördəkləri göldən çıxarmaq istəyərkən ayağı sürüşərək suya düşüb.
Süni yaradılan gölün dərnliyi 5-6 metr olub. Gölə yıxılan Ərkivan qəsəbə sakini Etibar Abbasovu sudan çıxarmaq istəsələr də bu, mümkün olmayıb. Hətta Etibar Abbasovun qışqırıq səsinə özünü çatdırmaq istəyən şəxslər də gecikiblər.
Hadisə yerinə Fövqalada Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc xilasediciləri, Etibar Abbasovun yaxınları və kənd sakinləri cəlb olunub. Gecə saatlarında aparılan axtarışlara baxmayaraq, onun cəsədini tapmaq mümkün olmayıb.
Gununsesi.info