Masallıda 11 yaşlı qız ölü tapıldı

  • By admin
  • 19 Mart 2021 22:00

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info məlumat verir ki, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info