Masallıda 60 yaşlı kişi 12 yaşlı qızı zorlayıb

  • By admin
  • 18 Aprel 2022 17:18

 

Masallıda ata 12 yaşlı qızının 60 yaşlı qonşusu tərəfindən zorlandığını iddia edir

Bu barədə qızın atasının sosial şəbəkədə müraciəti paylaşılıb. O bildirib ki, hadisə yanvar və fevral aylarında uşaq evdə tək olarkən baş verib. Atanın sözlərinə görə, qonşu iki dəfə qızı zorlayıb və onu anası və qardaşını öldürməklə hədələyib ki, hadisəni heç kimə danışmasın. Ata hadisə ilə bağlı polisə və prokurorluğa müraciət etdiklərini bildirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılsa da, cinayət işinin açılmasından imtina edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı imtina qərarı ləğv edilib: “Baş Prokurorluq tərəfindən qeyd edilən araşdırma materialı öyrənilməklə qəbul edilmiş qərar ləğv edilib və təkrar araşdırma aparılması üçün Masallı Rayon Polis Şöbəsinə göndərilib. Hazırda araşdırma davam edir”.

Qeyd edək ki, 12 yaşlı uşağın atasının müraciətini tanınmış aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.