Masallı rayonunda evə basqın olub.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Nazim Mirzəcan oğlu Məmmədova məxsus evə axşam saatlarında oğrular daxil olaraq oradan bir ədəd noutbuk və başqa bir neçə qiymətli əşya oğurlayıblar. Səs-küyə oyanan ev sahibi müdaxilə etmək istəyəndə oğrular ona bıçaqla xəsarət yetiriblər.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakinləri Ramil Əfsər oğlu Əsədov və Vüsal Baləsər oğlu Şükürov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info