Masallıda ev əşyaları ilə birgə yanıb

  • By admin
  • 09 Mart 2018 22:58


Masallıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Şıxlar kəndində ümumi sahəsi 96 m2 olan birmərtəbəli 2 otaqlı evin tavanı 40 m2 sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info