Masallı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info