Masallıda evdən 50 000 manat və 20 000 dollar oğurlanıb

  • By admin
  • 17 May 2017 12:30

seyf

Masallı rayonunda oğurluqda şübhəli bilinən yerli sakin saxlanılıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Nəzir Məmmədov tutulub.

Onun əvvəllər də məhkum olunduğu bildirilir.

Gununsesi.info