Masallıda istirahət mərkəzi yandı

  • By admin
  • 31 Avqust 2016 10:10

e933d2e976yangin_sivil_sinai

Masallı rayonunda vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 100  kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, restoranın qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info