Masallıda istirahət mərkəzində yanğın olub

  • By admin
  • 09 Sentyabr 2016 23:11

ya

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.

HTML tutorial

Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info