Masallıda məscidin qazını kəsdilər

  • By admin
  • 15 Oktyabr 2016 18:25
masallicume-mescidi-1
Masallının Məmədxanlı kəndindəki məscidin qazı Rayon Qaz İstismar İdarəsinə yeni rəisinin tapşırığı əsasında kəsilib. Cenubnews.com xəbər verir ki, qazın kəsilməsi ibadət edənlərin narazılığına səbəb olub. Gununsesi.info-nun xəbərinə görə,
 İdarədən isə səbəb kimi məscidin 100 AZN borcu olduğu  bildirilib. Məscidə gələn kənd sakinləri onun 90 manatını yığa biliblər. Bundan sonra idarə rəsmisi “10 AZN də mən verərəm” deyərək qazı qoşdurmaq tapşırığı verib.
 Maraqlıdır ki, Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına görə, məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub. Kənd sakinlərinin bildirdiyinə görə, Məmədxanlı kəndində yerləşən məscidin bu illik limiti hələ keçməyib. Bununla belə, idarə xəbərdarlıq etmədən və qaz sayğacına plomb vurmaqdansa, qazı kökündən kəsməyi özünə rəva bilib.