Masallıda maskalı şəxslər mənzilə basqın etdi, ev sahibinə xəsarət yetirildi

Masallıda maskalı şəxslər mənzilə basqın edib.

Gununsesi.org bildirir ki, APA-nın məlumatına görə, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, həmin gün gecə saat 3 radələrində yaşadığı evə maskalı üç nəfərin daxil olduğunu bildirib.

Quldurlar ona hədə-qorxu gələrək, xəsarətlər yetirməklə 1 500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi üzrə cinayət işinə başlanılıb.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gununsesi.org