Masallıda nəhəng qartal tutulub - VİDEO

  • By admin
  • 08 Yanvar 2018 17:54

Masallıda qeyri-adi qartal tutulub.

Gununsesi.info xezerxeber.az-a istinadən məlumat verir ki, rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

Qartal qanadından yaralı olduğundan uça bilmirmiş. A. Qurbanov quşu evinə aparıb.Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda quşu müalicə etdirə də bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.

Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.

Gununsesi.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Gununsesi.info